Səyahətçi rəyləri əsasında

Muzey müəssisələrinə “Travellers Choice” mükafatları təqdim edən “TripAdvisor” portalı səyahətçi rəyləri əsasında dünya üzrə növbəti beşliyi elan edib.

Siyahıda birinci yerdə Parisdəki Orse muzeyidir. İkinci yeri Nyu-Yorkdakı  11 Sentyabr Milli Memorial Muzeyi, üçüncü sıranı isə bu şəhərdəki Metropolitan Muzeyi tutub.

İlk beşliyə həmçinin Britaniya Muzeyi (London) və Madriddəki Prado Muzeyi daxil olub. Prado Muzeyi reytinqdə Avropada üçüncü və İspaniyada birinci olub.