“Amazon Studios” kompaniyası Argentina yığmasının heyətində futbol üzrə dünya çempionu olmuş məşhur futbolçu Dieqo Maradona barədə çoxseriyalı film çəkəcək.

Serialda əsas rolların ifaçıları artıq seçilib. Aktyorlar Nasareno Kasero, Juan Palomino və Nikola Holdşmidt müxtəlif yaş mərhələlərində Maradonanı canlandıracaqlar.

Studiya bir qədər əvvəl “All or Nothing: Manchester City” (“Hər şey və ya heç nə: Mançester Siti”) çoxseriyalı sənədli filmini çəkib. Ekran əsəri 2017-2018-ci il mövsümündə İngiltərə futbol klubunun həyatından bəhs edir.

Qeyd edək ki, Maradona 1986-cı ildə dünya çempionu adını qazanıb və XX əsrin ən yaxşı futbolçularından biri kimi tarixə düşüb. Meksikada keçirilən dünya çempionatından sonra futbolçu “Barselona” klubu ilə müqavilə imzalayıb. O, iki mövsüm ərzində ölkə kubokunu qazansa da, zədələr səbəbindən yeni klubda özünü tam nümayiş etdirə bilməyib.