İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova Stokholm şəhərində yerləşən Nobel muzeyinin müdiri Olov Amelin ilə görüşüb. Görüşdə Nobel qardaşlarının Azərbaycanda yaşadığı illərdə ölkəmizdəki fəaliyyəti, bu böyük şəxslərdən qalan irs, Bakı neftinin Nobel qardaşlarının həyatındakı rolu barədə danışılıb.
Olov Amelin deyib ki, muzeyin ərazisi kiçik olduğundan buradakı eksponatlar sırf Alfred Nobelin həyatına və yaradıcılığına həsr olunub. Lakin yaxın gələcəkdə muzeyin ərazisi böyüdüləcək, daha ətraflı məlumat verən eksponatlar təqdim ediləcək.
Yeni muzeydə həmçinin Azərbaycanda fəal şəkildə çalışmış Lüdviq və Robert Nobel qardaşlarının həyat və yaradıcılıqları, Bakı neftinin Nobel qardaşlarının həyatlarında rolu ilə bağlı sərgi yaratmağa imkanımız olacaq. O, Nobel muzeyində Robert və Lüdviq qardaşlarının Azərbaycanda yaşadıqları zamana aid sərgi keçirməyi təklif edib.