Layihə üzrə yeni mövsümün ilk musiqi gecəsi

Sentyabrın 16-da Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə” adlı birgə layihəsinin yeni mövsümdə ilk konserti keçirilib.

Konsertdə “Televiziya muğam müsabiqəsi”nin qalibi, Azərbaycan Televiziyası və Radiosunun solisti Nisbət Sədrayeva solo proqramla çıxış edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi gecədə çıxış edərək Beynəlxalq Muğam Mərkəzinin muğamlarımızın təbliği istiqamətində gördüyü işlərdən danışıb.

Sonra Nisbət Sədrayevanın ifasında Bəhram Nəsibovun “Qal, sənə qurban”, “Dilkeş təsnifi”, aşıq havası “Döymə Kərəmi”, Cahangir Cahangirovun “Etməz idim” və “Çahargah kompozisiyası” dinlənilib.

LALƏ