Sentyabrın 19-da Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Rusiyanın T.Dokşitser adına “New Life Brass” kvintetinin konserti keçirildi.

Konsert proqramında V.A.Motsartın “Türk marşı”, A.Şarpantyenin “Te deum” prelüdü, S.Şeydtin “Hərbi kansona”, İ.S.Baxın “Kiçik fuqa, g-moll”, C.Puççininin “Turandot” operasından Kalafın ariyası və digər əsərlər səsləndirildi.

Konsertin solistləri Yevgeni Quryev (truba), Maksim Ştoda (truba), Vladimir Mezentsev (valtorna), Ramil Axmadulin (trombon) və Maksim Makuşev (tuba) idi.

Qeyd edək ki, dünya şöhrətli “New Life Brass” kvinteti nəfəsli alətlərdən ibarətdir. 2009-cu ildə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılmış kvintet müxtəlif beynəlxalq müsabiqələr və festivallarda iştirak edir. Musiqiçilərin repertuarında klassik və caz janrlarında əsərlər yer alır.

Tamaşaçılar kvintetin çıxışını böyük maraqla qarşıladılar.

FARİZ