Sentyabrın 18-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən konsertlə yeni mövsümün açılışı olub.

Dövlət Estrada-Simfonik Orkestrinin konserti Milli musiqi gününə həsr edilib.

Konsertdə respublikanın Xalq artisti Gülyanaq Məmmədova, əməkdar artistlər Xəyyam Mustafazadə, Aygün Zeynalova və başqalarının ifasında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Arif Məlikov, Rauf Hacıyev, Niyazi və Müslüm Maqomayevin əsərləri, habelə xalq mahnıları səsləndirilib.