Fransız kinematoqraf qrupu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycandakı tolerantlıq mühitindən bəhs edən film çəkir. Qrup Bakıda və bölgələrdə çəkilişlər aparıb. Ölkəmizə ilk dəfə səfər etdiyini deyən rejissor Murielle Levi burada qarşılaşdıqları qonaqpərvərliyə və səmimi münasibətə heyran qaldıqlarını bildirib. Azərbaycanda, digər icmalar kimi, yəhudi icmasının mədəni irsinə xüsusi qayğı göstərildiyini vurğulayan rejissor Quba və Oğuz rayonlarında yaşayan yəhudilərlə bağlı informasiyanın da filmdə geniş yer alacağını deyib.
   Rejissor ekran işinin Fransanın paytaxtında və əyalətlərində muzey və sərgilərdə nümayiş olunacağını bildirib. Filmin operatoru Rob Silvon, səs rejissoru Kristof Döbre və fotoreportyor Alain Azria da Azərbaycana ilk dəfə gəldiklərini qeyd edərək, burada gördükləri səmimiyyət və mehribanlıqdan məmnunluqla söz açıblar. Onlar yaxınlarına və tanışlarına ölkəmizə səyahət etməyi məsləhət görəcəklərini vurğulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar