Sentyabr ayında Nizami Kino Mərkəzində Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyniadlı filmin təqdimatı gözlənilir. 
   Bu barədə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. Onun sözlərinə görə, “Azərbaycanfilm”in 90 illiyi ilə əlaqədar bir sıra layihələrə start veriləcək ki, bunlardan biri də “Mahmud və Məryəm” filminin Bakıda geniş təqdimatıdır. Mərasimə Türkiyədən aktyorlar, rejissorlar dəvət olunacaq. Nizami Kino Mərkəzində təqdimat keçiriləndən sonra filmin nümayişləri davam edəcək.
   Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsi olan “Mahmud və Məryəm” filmi ötən il lentə alınıb. Ekran əsərinin rejissoru Mehmet Ada Öztəkin, prodüseri Sevda Kayğısızdır. Filmdə iki ölkənin tanınmış aktyorları rol alıb.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar