Avqustun 20-dən 25-dək İtaliyanın Neapol şəhərində VI Beynəlxalq “Faito doc Festival” sənədli filmlər festivalı keçiriləcək.
   Festivalda ölkəmiz Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmayılovun “Köç” sənədli filmi ilə təmsil olunacaq.
   30-dan çox ölkədən rejissorların iştirak edəcəyi festivalın əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardım göstərmək, eləcə də Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdan ibarətdir. Tədbir gənc rejissorlara filmlərini mötəbər münsiflər heyətinə göstərmək, eləcə də Avropanın kino sahəsindəki yenilikləri ilə tanış olmaq imkanı yaradacaq. Festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdiriləcək.
   İndiyədək bir neçə kino müsabiqəsində uğur qazanan “Köç” filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir. Ekran əsərində Azərbaycanda bütün ömrü boyu heyvandarlıqla məşğul olan, yaylaqlardan qışlaqlara və əks istiqamətə köç edən insanların çətin və maraqlı taleyi işıqlandırılıb. Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbirlə davam etdirirlər.
   2010-cu ildə Azərbaycanın “DS film” studiyasında istehsal olunan filmin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar