Moskvanın Sokolniki istirahət və əyləncə parkında X Beynəlxalq Kloun Festivalı keçirilib. İkinci dəfə bu festivala qatılan Saxa-Yakutiya Respublikasının “Saxasirk” kollektivinin artistləri Rusiya Sirk Xadimləri İttifaqının xüsusi mükafatını qazanıblar.

Kloun qrupunun rəhbəri Fekla Kolesova deyib: “Beş il öncə biz bu festivalda ilk dəfə iştirak edərkən tamaşaçı rəğbəti mükafatını qazanmışdıq və “Yeni ulduzlar” nominasiyasında qalib gəlmişdik. Bu dəfə isə yeddi repriz təqdim etdik, həm festivalda, həm də qala-konsertdə çıxış etdik. Biz klassik kloun məktəbi ənənələrini, milli koloriti nümayiş etdirməyimiz və ən diqqətçəkən libaslarımızla digər iştirakçılardan fərqləndik”.