Bu günlərdə Parisdə keçirilmiş “L’Etrange Festival” kinofestivalının “Focus” xüsusi proqramında Qazaxıstan rejissoru Adilxan Erjanovun filmləri nümayiş etdirilib. Ş.Aymanov adına “Qazaxfilm” kinostudiyasından bildiriblər ki, rejissorun “Rieltor”, “Sahiblər”, “Gecə tanrısı” kimi məşhur kinolentləri ilə yanaşı, nisbətən az tanınan filmləri də proqrama daxil edilib.
Adilxan Erjanov isə təəssüratını bölüşərkən kino zallarının dolu olmasından məmnun qaldığını bildirib: “Braziliyalılar futboldan necə baş çıxarırlarsa, fransızlar da incəsənəti və kinonu o qədər yaxşı bilirlər. Tamaşaçılarla, fransız kinosevərlərlə ünsiyyət çox xoşdur – onların Qazaxıstan kinosundan da xəbərləri var”.
“L’Etrange Festival” artıq iyirmi beş ildir ki, keçirilir və “qeyri-adi, nadir, qiymətli filmlər”in nümayişi kimi ad çıxarıb.