Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən “Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu” nəşr olunub.

Nəşrin tərtibçisi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov, elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevdir.

Kataloqda əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanılan və elmin müxtəlif sahələrinə aid olan əsərlər yazıldığı və ya çap olunduğu tarixlər üzrə xronoloji ardıcıllıqla verilib.