Heykəltəraş həmyerlimizin kompozisiyası Xarkovun vizit kartına çevriləcək
Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş Seyfəddin Qurbanovun müəllifi olduğu daha bir heykəl Xarkov şəhərindəki tarixi bazarın qarşısında ucaldılıb. “Tum satan qadın” obrazlı heykəl-kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.
S.Qurbanov bildirib ki, Xarkovda əhalinin əhval-ruhiyyəsini qaldıran kompozisiyanın ucaldılmasını illər öncədən, fikirləşib: “Blaqoveşenski” bazarı Xarkov şəhərinin tarixi və vizit kartıdır. Düşünürəm ki, bu heykəl-kompozisiya da şəhərin vizit kartına çevriləcək. Kompozisiyada qadının ayaqları altında tum dolu çuvalın yanında yatmış pişik və tum çuvallarının birində “Uğur olsun!” ifadəsinin yazılması, insanlar tərəfindən ora xoş ənənə olan qəpik pulların qoyulması ilə nəticələnəcək”.
Heykəltəraşın sözlərinə görə, bu kompozisiya insanlarda pozitiv enerji və təbəssüm hissi yaradacaq.