­Mux­tar Da­da­şo­vun 100 il­lik yu­bi­le­yi qeyd edil­di

­İ­yu­nun 28-də Döv­lət Film Fon­dun­da gör­kəm­li ki­noo­pe­ra­tor və ki­no­re­jis­sor, Xalq ar­tis­ti, Döv­lət mü­ka­fa­tı lau­rea­tı Mux­tar Da­da­şo­vun 100 il­lik yu­bi­le­yi­nə həsr olun­muş təd­bir ke­çi­ril­di. Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, Azər­bay­can Res­pub­li­ka­sı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı və Döv­lət Film Fon­du­nun bir­gə təş­kil et­di­yi təd­bi­rin iş­ti­rak­çı­la­rı əv­vəl­cə sə­nət­ka­rın ömür və ya­ra­dı­cı­lıq yo­lu­nu əks et­di­rən fo­to­sər­gi ilə ta­nış ol­du­lar.

Mə­ra­si­mi Azər­bay­can Res­pub­li­ka­sı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı­nın ic­ra­çı ka­ti­bi, Əmək­dar in­cə­sə­nət xa­di­mi Cə­mil Qu­li­yev aça­raq bil­dir­di ki, Mux­tar Da­da­şov bö­yük sə­nət­kar ol­maq­la bə­ra­bər, həm də xe­yir­xah, tə­va­zö­kar in­san idi. O, is­te­dad­lı ope­ra­tor ki­mi Azər­bay­can ki­no­su­na bö­yük töh­fə­lər ve­rib. Ta­ma­şa­çı­lar onun len­tə al­dı­ğı “Kənd­li­lər”, “Ar­şın mal alan” (1945) film­lə­ri­nə bu gün də bö­yük hə­vəs­lə ba­xır­lar.
Cə­mil Qu­li­yev bir ma­raq­lı mə­lu­ma­tı da diq­qə­tə çat­dır­dı ki, Mux­tar Da­da­şovun ope­ra­to­ru ol­du­ğu “Ar­şın mal alan” fil­mi Hey­dər Əli­yev Fon­du­nun tə­şəb­bü­sü ilə ha­zır­da ABŞ-da rəng­li for­ma­da bər­pa olu­nur. Döv­lət Film Fon­dun­dan gön­də­ri­lən nüs­xə ora­da xü­su­si elekt­ron va­rian­ta ke­çi­ri­lib, ha­zır­da üzə­rin­də iş ge­dir. Ek­ran əsə­ri­nin ki­no­len­tin­də, “blu-ray” və “DSP” for­mat­la­rın­da da bər­pa­sı hə­ya­ta ke­çi­ri­lib. Ya­xın gün­lər­də film Kann­da, “Deb­yüs­si” ki­no­za­lın­da nü­ma­yiş olu­na­caq.
Ki­no­şü­nas, Əmək­dar in­cə­sə­nət xa­di­mi Ay­dın Ka­zım­za­də gör­kəm­li sə­nət­ka­rın hə­yat və ya­ra­dı­cı­lı­ğın­dan söz aç­dı. Bil­dir­di ki, mil­li ki­no­mu­zun in­ki­şa­fın­da si­lin­məz iz qo­yan Mux­tar Ba­ba oğ­lu Da­da­şov ma­raq­lı və mə­na­lı hə­yat yo­lu ke­çib. Onun bö­yük sə­nət­də yo­lu Mil­li Dram Teat­rı­nın səh­nə­sin­dən baş­la­nır. 1929-cu il­də Gənc Ta­ma­şa­çı­lar Teat­rı­na işə qə­bul olu­nur, ta­ma­şa­lar­da epi­zo­dik rol­lar oy­na­yır. Son­ra re­jis­sor as­sis­ten­ti ki­mi çı­xış edir.
Ki­no­ya həd­siz ma­ra­ğı onu 1931-ci il­də Ba­kı ki­nos­tu­di­ya­sı­na gə­ti­rir, ope­ra­tor as­sis­ten­ti ki­mi sə­nəd­li və bə­dii film­lə­rin çə­kil­mə­sin­də iş­ti­rak edir. 1933-cü il­də ope­ra­tor ki­mi təc­rü­bə­si­ni ar­tır­maq üçün Mosk­va­ya gön­də­ri­lir. Ora­da gör­kəm­li ki­ne­ma­toq­raf­çı M.Ver­ne­rin ya­nın­da ça­lı­şır. Sə­nət­də müəy­yən təc­rü­bə top­la­dıq­dan son­ra Ba­kı­ya qa­yı­dır. Bir müd­dət ki­no­stu­di­ya­da ope­ra­tor ki­mi sə­nəd­li film­lər çə­kir. Öz ak­tual­lı­ğı ilə se­çi­lən bu ek­ran əsər­lə­rin­də döv­rün çox mü­hüm ic­ti­mai-si­ya­si ha­di­sə­lə­ri öz ək­si­ni ta­pır­dı.
1939-cu il­də o, re­jis­sor-ope­ra­tor ki­mi “Sa­mur-Də­və­çi ka­na­lı” ki­noo­çer­ki­ni çə­kir. Bu, çox mə­su­liy­yət tə­ləb edən bir film idi. Çün­ki bö­yük ti­kin­ti­də ça­lı­şan in­san­la­rın gər­gin əmə­yi, qu­ru­cu­luq əz­mi bö­yük us­ta­lıq­la ek­ra­na gə­ti­ril­mə­li idi. O, bu tap­şı­rı­ğın öh­də­sin­dən ba­ca­rıq­la gə­lir. Mux­tar Da­da­şo­vun “So­vet Azər­bay­ca­nı”, “Bi­zim Azər­bay­can”, “A­na yur­dum, Azər­bay­can”, “A­ra­zın o ta­yın­da”, “Səa­dət yo­lu ilə”, “Res­pub­li­ka haq­qın­da hə­qi­qət” və s. sə­nəd­li film­lə­rin­də doğ­ma tor­pa­ğa mə­həb­bət, öl­kə­mi­zin əs­ra­rən­giz tə­biə­ti, ta­ri­xi şəx­siy­yət­lə­ri­miz haq­qın­da hə­qi­qət­lər ecaz­kar ki­no­nun di­li ilə tə­rən­nüm olu­nur. Sə­nət­ka­rın 1950-ci il­də çək­di­yi “So­vet Azər­bay­ca­nı” sə­nəd­li fil­mi Kann ki­no­fes­ti­va­lın­da el­mi-küt­lə­vi və pe­da­qo­ji film­lə­rə gö­rə mün­sif­lər he­yə­ti­nin xü­su­si mü­ka­fa­tı­nı qa­za­nır.
O, özü­nü sə­nət­də təs­diq et­dik­cə ye­ni-ye­ni ek­ran əsər­lə­rinin, o cüm­lə­dən bə­dii film­lə­rin çə­ki­li­şi ona tap­şı­rı­lır. Mux­tar Da­da­şov “Rəqs edən ba­ğa­lar”, “Kənd­li­lər”, “Ye­ni ho­ri­zont”, “Ar­şın mal alan” (1945) bə­dii film­lə­ri­nin ope­ra­to­ru, “Qa­nun na­mi­nə”, “Ba­kı­da kü­lək­lər əsir” bə­dii film­lə­rinin qu­ru­luş­çu re­jis­so­ru olub.
O­nun ya­ra­dı­cı­lı­ğı Azər­bay­can ki­no­su­nun 50 il­dən ar­tıq bir döv­rü­nü əha­tə edir. Ek­ran əsər­lə­ri dün­ya­nın bir sı­ra öl­kə­lə­rin­də bö­yük ma­raq­la qar­şı­la­nıb. Gör­kəm­li sə­nət­ka­rın gər­gin və ya­ra­dı­cı əmə­yi döv­lət tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ri­lib. O, Xalq ar­tis­ti fəx­ri adı­na və müs­tə­qil Azər­bay­ca­nın “Şöh­rət” or­de­ni­nə la­yiq gö­rü­lüb. Döv­lət mü­ka­fa­tı lau­rea­tı olub. Mil­li ki­no­mu­zun in­ki­şa­fın­da si­lin­məz iz qo­yan Mux­tar Da­da­şov 1998-ci il­də dün­ya­sı­nı də­yi­şib.
Təd­bir­də Mux­tar Da­da­şo­vun qu­ru­luş ver­di­yi və ope­ra­to­ru ol­du­ğu film­lər­dən fraq­ment­lər gös­tə­ril­di.
Son­da sə­nət­ka­rın oğ­lu To­fiq Da­da­şov çı­xış edə­rək ata­sı­nın xa­ti­rə­si­nin yad edil­di­yi­nə gö­rə Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, Azər­bay­can Res­pub­li­ka­sı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı və Döv­lət Film Fon­du­nun rəh­bər­li­yi­nə, təd­bir iş­ti­rak­çı­la­rı­na min­nət­dar­lı­ğı­nı bil­dir­di.

Sa­va­lan Fə­rə­cov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar