İyulun 16-da Amerika və türk kino şirkətlərinin nümayəndələri Azərbaycana gələcək. Bu barədə məlumat verən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun sözlərinə görə, qonaqlarla kino sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Maraqlarımız üst-üstə düşərsə, müvafiq razılaşmalar əldə olunacaq.
Müşfiq Hətəmov “Azərbaycanfilm” kinostudiyasının Avropa Kino İnkişafı Fonduna üzvlüklə bağlı müraciət etdiyini də deyib: “Filmlərimizin xaricdə prokata çıxarılması üçün bu fonda üzv olmaq çox vacibdir”.