Azərbaycan

5 oktyabr 1928 – Ədəbiyyatşünas Məsud Əlioğlu (Vəliyev; 1928-1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.

5 oktyabr 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə (1935 – 30.7.2018) Bakıda anadan olub. “Ağlar və qaralar” baletinin, simfoniyaların, populyar mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s.), teatr tamaşalarına musiqi yazıb.

 

6 oktyabr 1975 – Bakıda Səməd Vurğunun ev-muzeyi açılıb.

 

7 oktyabr 1933 – Əməkdar incəsənət xadimi, pianoçu, “Dan ulduzu” instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7.1991) anadan olub. Eyniadlı muğamlar əsasında “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir.

 

8 oktyabr 2009 - Yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935 - 2009) vəfat edib.

 

9 oktyabr 1946 – Kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov anadan olub. Lentə aldığı filmlər: “Doğma sahillər”, “Fəryad”, “Atları yəhərləyin”, “Təhminə”, “Otel otağı”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Sübhün səfiri”  və s.

9 oktyabr 1971 – Bakıda Abbas Mirzə Şərifzadə adına Aktyor evi açılıb.

 

Dünya

 

5 oktyabr Beynəlxalq müəllimlər günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib.

5 oktyabr 1713 – Fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713-1784) anadan olub. Məşhur fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) redaktoru və müəlliflərindən biri olub.

 

6 oktyabr 1914 – Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl; 1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib.

6 oktyabr 1923 – Türkiyə yazıçısı, şair Yaşar Kamal (Kamal Sadık Gökceli; 1923 - 28.2.2015) anadan olub. “İncə Memed”, “Tənəkə”, “Yağmurcuq quşu”, “İlanı öldürsələr”, “Qanın səsi” romanlarının müəllifidir. Kitabları bir çox dillərə tərcümə olunub.  

 

7 oktyabr 1915 – Rus şairəsi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.

 

8 oktyabr 1848 – Flamand əsilli fransız musiqiçisi, «İnternasional» himninin bəstəkarı Pyer Degeyter (Pierre Degeyter; 1848-1932) anadan olub.

8 oktyabr 1892 – Rus şairi, yazıçı Marina Svetayeva (1892 - 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.

 

9 oktyabr Dünya poçt günüdür (World Post Day). 1969-cu ildə Dünya Poçt İttifaqı tərəfindən təsis olunub. BMT-nin rəsmi beynəlxalq günlər siyahısına daxildir.

9 oktyabr 1835 – Fransız bəstəkarı Şarl Kamil Sen-Sans (Charles Camille Saint-Saens, 1835-1921) anadan olub. Operaları: “Sarı şahzadə”, “Samson və Dalila”, “Gümüş zınqırov” və s.

9 oktyabr 1862 – Türkiyə yazıçısı Fatma Aliyə Topuz (1862-1936) İstanbulda doğulub. Türk ədəbiyyatının ilk qadın romançısı kimi tanınıb. Əsərləri: “Refet”, “Cövdət paşa və zamanı” və s.

9 oktyabr 1926 – Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Evstiqneyev (1926-1992) anadan olub. Filmləri: “Avtomobildən qorun”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”.

9 oktyabr 1940 – İngilis musiqiçisi, «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon, 1940 - 8.12.1980) anadan olub.

Hazırladı:  Vüqar ORXAN