Oktyabrın 19-da Dövlət Akademik Filarmoniyasında Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 90 illiyi münasibətilə tədbir keçiriləcək.

Lütfiyar İmanov dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazıb. O, həmçinin görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində səmərəli fəaliyyət göstərib.

Yubiley gecəsində Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər Lütfiyar İmanovun repertuarından ifalar təqdim edəcəklər.