Rusiyada yaşayan azərbaycanlı rejissor Rodion İsmailovun “Doğma ocaq” sənədli filmi avqustun 16-dan 24-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək kinofestivalda ölkəmizi təmsil edəcək.
   
   Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən ekran əsərinin qəhrəmanı Lolitanın anası rus, atası isə azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir. O, azərbaycanlı qohumlarının adət-ənənələri, mədəniyyəti barədə daha çox şey öyrənmək istəyir. Burada gördükləri, doğmalarının münasibəti, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır.
   “Sinema evi” (Azərbaycan) və “DS film” (Rusiya) studiyalarının müştərək istehsalı olan film Azərbaycanın Mədəniyyət və Turizm və Rusiyanın Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilib. Xronometrajı 63 dəqiqə olan ekran əsərinin operatoru Mixail Qorobçuk, bəstəkarı Vladimir Kuptsov, montajçısı Svetlana Lyadvina, prodüserləri Rodion İsmailov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur.
   Kinolent VIII Rusiya antropoloji filmlər festivalında, “Şaken ulduzları” XI beynəlxalq festivalında mükafatlara layiq görülüb.
   Yeri gəlmişkən, rejissor Rodion İsmayılov bu yaxınlarda görkəmli sovet opera ulduzu Bela Rudenkonun 80 illiyinə həsr olunmuş sənədli filmin çəkilişlərini tamamlayıb. “Bela Rudenko. Mən xoşbəxt insanam” adlı film müğənninin ad günündə - avqustun 18-də “Mədəniyyət” telekanalında yayımlanacaq. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar