“Azərbaycanfilm” kinostudiyasında yeni “Polkovnikin xəzinəsi” adlı filmin çəkilişlərinə başlanılacaq. Filmin ssenari müəllifləri tanınmış yazıçı İlqar Fəhmi və Əməkdar incəsənət xadimi Fikrət Əliyev, quruluşçu rejissoru Fikrət Əliyevdir. Komediya janrında olan filmin süjet intriqası keçmiş polkovnikin pullarını yaşadığı qocalar evində itirməsindən sonra başlayır. O öz dostlarından şübhələnir və bundan sonra onun başına gələn hadisələr gülüş obyektinə çevrilir.
   Filmin quruluşçu operatoru Əməkdar incəsənət xadimi Kənan Məmmədov, rəssamı İbrahim Xəlildir. Rolları xalq artistləri Fuad Poladov, Taryel Qasımov, Arif Quliyev, Zemfira Nərimanbəyova, aktyorlar Tofiq Hüseynov, Qorxmaz Əlili, Bəhram Bağırzadə və başqaları ifa edəcək. Filmin baş prodüseri Müşfiq Hətəmovdur.
   Çəkilişlərin əsas hissəsi Bilgəh qəsəbəsindəki qocalar pansionatında aparılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar