Noyabrın 15-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, konsert proqramında xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Samir Cəfərov, Zülfiyyə Xanbabayeva, Nazpəri Dostəliyeva, Natəvan Şeyxova, Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, Abbas Bağırov, Nüşabə Ələsgərli, Rəşad İlyasov, Röya, Mətanət İsgəndərli, Manana və başqa müğənnilər iştirak edəcəklər.
Gecədə yubilyarın repertuarından musiqisevərlər arasında xüsusilə rəğbət görən “Bakı, sabahın xeyir”, “Azərbaycan”, “Anam qocalır”, “Bu gecə”, “Durnalar”, “Gün keçdi”, “Həsrətindəyəm”, “Səni axtarıram” və digər mahnılar səsləndiriləcək.