Oktyabrın 19-20-də Moskvada vokalçıların Müslüm Maqomayev adına V Beynəlxalq müsabiqəsi keçiriləcək. 12 ölkədən 18 vokalçının iştirak edəcəyi müsabiqənin final konserti oktyabrın 20-də “Crocus city hall” konsert zalında təşkil olunacaq.

Xatırladaq ki, vokalçıların M.Maqomayev adına müsabiqəsi 2010-cu ildən başlayaraq iki ildə bir dəfə keçirilir.