Daşkənddə VIII Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilir. Dünyanın 27 ölkəsinin təmsil olunduğu sərgi iştirakçıları “İncəsənət və texnologiyalar. Lehinə və əlehinə” mövzusu altında bir araya gətirib.

Özbəkistan İncəsənət Akademiyasının direktoru bildirib ki, biennalenin əsas məqsədi Özbəkistanın beynəlxalq sənət arenasında nüfuzunun artırılması, əcnəbi rəssamlarla müasir incəsənət sahəsində əməkdaşlıq və sənət təcrübəsini paylaşmaqdır.

Biennaledə Avropa, Rusiya, ABŞ və Latın Amerikası, Cənub-Şərqi və Mərkəzi Asiya ölkələrindən müasir tərzdə çalışan rəssamlar və kuratorlar iştirak edirlər. Onlar öz yaradıcı işlərini və layihələrini – video-art, installyasiya, foto-art, konseptual rəngkarlıq, heykəltəraşlıq, qrafika və digər janrlarda olan əsərlərini Daşkənd və Buxaranın ən yaxşı sərgi salonu və muzeylərində təqdim edirlər.  

Sərgi oktyabrın 14-də iştirakçıların mükafatlandırılma mərasimi ilə başa çatacaq.

Gülcahan MİRMƏMMƏDLİ