Azərbaycan

13 oktyabr 1938 – Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifov (1938 – 26.9.2008) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.

13 oktyabr 1974 – Xalq rəssamı Səttar Bəhlulzadə (15.12.1909 - 1974) vəfat edib.

 

14 oktyabr 1912 – Heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912-2006) Dərbənd şəhərində anadan olub.

14 oktyabr 1933 – Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 – 2.12.2004) Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində doğulub.

 

15 oktyabr 1910 – Tanınmış kinorejissor Hüseyn Seyidzadə (1910 - 2.6.1979) İrəvan şəhərində anadan olub. “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.

15 oktyabr 1928 – Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (1928 - 1.9.2009) Bakıda doğulub. 1977-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri olub.

15 oktyabr 1932 – Şair Hafiz Həbib oğlu Baxış (1932 - 4.9.1989) Zəngəzur mahalının Yuxarı Kirətağ kəndində doğulub.

 

16 oktyabr 1923 – Xalq yazıçısı, filologiya elmləri doktoru Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923 - 8.7.2013) Masallı rayonunun Mollaoba kəndində doğulub.

16 oktyabr 1926 – Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub. “Vaqif”, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir.

 

Dünya

 

13 oktyabr 1921 – Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand - Ivo Livi, 1921-1991) anadan olub.

 

14 oktyabr 1864 – Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski, 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” romanları, “Qızılgül” pyesi və s. əsərlərin müəllifidir.

 

15 oktyabr 1814 – Rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov (1814 - 27.7.1841) anadan olub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” (roman), “Mtsıri”, “Hacı Abrek”, “Qafqaz əsiri” (poema), “Maskarad” (pyes) və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb.

15 oktyabr 1844 – Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 1844 - 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist” və s.

15 oktyabr 1929 – Serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929-2009) anadan olub. Xəzər xaqanlığından (VIII-IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanının müəllifidir.

 

16 oktyabr 1888 –Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1936) Yudjin O’Nil (Eugene Gladstone O’Neill; 1888-1953) anadan olub.  Pyesləri: “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət”.

16 oktyabr 1927 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass; 1927 – 13.4.2015) anadan olub. Əsərləri: “Tənəkə təbili”, “Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”.

Hazırladı:  Vüqar ORXAN