İtaliyadan bir qrup arxeoloq Vezuvi vulkanı (eramızın 79-cu ilində) nəticəsində həlak olanların qalıqlarını tədqiq edib və müəyyənləşdirib ki, həmin vaxt insanların çoxunun başı bədənindən ayrılıb. Alimlərin tədqiqatı “Plos One” elmi jurnalında dərc edilib.
Vezuvi vulkanının püskürməsi nəticəsində qədim Romanın Pompey, Herkulanum və Stabiy şəhərləri iki gün ərzində dağılıb.
Alimlər Herkulanum şəhərində həlak olanların sümüklərini tədqiq edərək ölümün bir andaca baş verdiyi qənaətinə gəliblər. Onlar insan sümük və kəllələrində qırmızı və qara rəngli mineral çöküntü tapıblar. Maddənin kimyəvi analizi onda çoxlu dəmir və oksidlərin olduğunu göstərib.
Alimlərin fikrincə, bu tapıntı fəlakətə uğramış insanların qanının qaynayaraq dərhal buxara çevrilməsinə dəlalət edir. Alimlər həmçinin qeyd ediblər ki, şəhər sakinləri temperaturu 200-500 dərəcəli lavadan xilas olmağa çalışsalar da, bu, mümkün olmayıb.