AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, dosent Nərgiz Hacıyevanın tərtib etdiyi “Azərbaycan dilinin paronimlər lüğəti” işıq üzü görüb. Bu haqda institutdan bilgi veriblər.

Dildə deyilişində çətinlik yaradan bir sıra sözlər var ki, bunlar eyni və müxtəlif köklü olmaqla paronim sözlər adlanır. “Azərbaycan dilinin paronimlər lüğəti” bu barədə yazılan ilk lüğətin genişləndirilmiş şəkli olub, 1600-dən çox sözü əhatə edir. Lüğət ön söz, əlifba sırası ilə düzülmüş paronim sözlər, frazeoloji paronimlər və somatik frazeoloji paronimlərin izahından ibarətdir.

Lüğətin elmi redaktorları professorlar Tofiq Hacıyev və İsmayıl Məmmədli, rəyçiləri professorlar Qara Məşədiyev, Nadir Məmmədli və dosent İntizar Salahovadır.

S.QALİBOĞLU