Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Səhər-səhər” adlı yeni kitabı işıq üzü görüb.

“Səhər-səhər” və “Başqa yazılar” adlı iki hissəyə bölünən kitabda müəllifin 2017-ci ildə “525-ci qəzet”də dərc olunmuş şənbə yazıları – esseləri və publisistik məqalələri toplanıb. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Anarın və hamımızın “Səhər-səhər”i adlı ön sözdə yazıçının əsərlərinin bu qəzetin fəaliyyətə başladığı ilk illərdən çap olunduğunu xatırladır, ədibin bir sıra əsərlərinin ilk dəfə məhz bu nəşrdə işıq üzü gördüyünü qeyd edir. Vurğulanır ki, kitabda yer alan yazıların hər birində oxucunun yoluna mahir yazıçı, müdrik ağsaqqal uzaqgörənliyi işıq salır.

Kitabın üz qabığındakı “Səhər” fotosu müəllifin özünə, arxa qabığındakı “Səhər” tablosu Xalq rəssamı Tahir Salahova aiddir.