Rusiya Federasiyasının Penza Vilayət Filarmoniyasında dünya şöhrətli müğənni, bəstəkar Müslüm Maqomayevin gənclik illərindən bəhs edən musiqili tamaşa göstərilib.
Gənc müğənni Albert Jalilovun Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş “Qar üzərində ürək” monotamaşası təqdim olunub. Tamaşaya monoloq formasında quruluş verilib. Müğənnini royalda Rusiyanın Əməkdar artisti, konsertmeyster Aleksandr Kaqan müşayiət edib.