Azərbaycan

17 oktyabr 1612 – Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin yekunlarına dair Sərab sülhü imzalanıb. Saziş iki ölkə arasında 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtlərini bərpa edib. Osmanlı Qərbi Gürcüstanı və Qərbi Azərbaycanın bir hissəsini (indiki Ermənistanın qərbi) özündə saxlamaqla Şimali Azərbaycanı, Təbriz, Marağa və digər Cənubi Azərbaycan torpaqlarını Səfəvilərə qaytarıb. 

17 oktyabr 1905 – Yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir. İtaliyada vəfat edib.

17 oktyabr 1915 – Kinooperator, Xalq artisti Cavanşir Musa oğlu Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi sənədli filmlər studiyasında fəaliyyət göstərib. Bakı kinostudiyasında sənədli filmlər çəkib.

17 oktyabr 1924 - Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924 - 17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.

17 oktyabr 1936 – Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 - 7.1.1999) anadan olub. “Qızıl yəhərli at”, “Çılpaq” və s. əsərlərin, “Vulkana doğru” filminin ssenari müəllifidir.

17 oktyabr 2003 - Şair Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 - 2003) vəfat edib.

 

18 oktyabr 1949 – Rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 - 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. Musiqili Komediya, Milli Dram teatrlarında, Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə Yuğ Teatrını yaradıb. Filmlərdə çəkilib: “Qəm pəncərəsi”, “Otel otağı” və s.

18 oktyabr 1991 – Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdiyi gündür. Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə parlamentin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunmuşdu. 6 fəsil, 32 maddədən ibarət sənədin preambulasında 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın bolşevik Rusiyası tərəfindən ilhaq edildiyi qeyd edilir, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.

 

19 oktyabr 1898 – Tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 - 29.3.1976) Bakıda anadan olub.

19 oktyabr 1972 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 - 1972) vəfat edib.

 

Dünya

 

17 oktyabr 1849 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin; 22.2.1810 - 1849) vəfat edib. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir.

17 oktyabr 1915 – Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller; 1915-2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s.

 

18 oktyabr 1859 – Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) Anri Berqson (Henri-Louis Bergson, 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş”.

18 oktyabr 1926 – Amerika aktyoru Corc Skott (George Campbell Scott, 1926-1999) anadan olub. Filmləri: “Patton” (“Oskar” mükafatı), “12 qəzəblənmiş kişi” və s.

 

19 oktyabr 1433 – İtalyan mütəfəkkiri, erkən İntibahın nümayəndəsi Marsilio Fiçino (Marsilius Ficinus - Marsilio Ficino; 1433-1499) anadan olub.

19 oktyabr 1862 – Dünya kinosunun baniləri sayılan fransız Lümyer qardaşlarından Ogüst Mari Nikola Lümyer (Auguste Louis Marie Nicholas Lumiere; 1862-1954) anadan olub.

19 oktyabr 1899 – Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias, 1899-1974) anadan olub. Əsərləri: “Senyor Prezident”, “Dəfn olunmuşların başçısı” və s.

Hazırladı:  Vüqar ORXAN