Azərbaycanlı rejissor Rodion İsmailovun “Doğma ocaq” filmi sentyabrın 13-dən 21-dək Vyanada keçiriləcək “Let"s Cee” Beynəlxalq film festivalının proqramına daxil edilib.
   Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən “Doğma ocaq” filmi Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığını qabarıq şəkildə nümayiş etdirir. Filmin qəhrəmanı Lolitanın anası rus, atası isə azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə olaraq Azərbaycana gəlir. O, azərbaycanlı qohumlarının ənənələri, mədəniyyəti və adətləri barədə daha çox şey öyrənmək istəyir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır. Onun Azərbaycanla ilk tanışlığı sənədli filmin süjet xəttini təşkil edir.
   Azərbaycanın “Sinema evi” və Rusiyanın “DS film” studiyalarının müştərək istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Rusiya Federasiyasının Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilib və xronometrajı 63 dəqiqədir.
   Filmin rejissoru Rodion İsmailov, operatoru Mixail Qorobçuk, bəstəkarı Vladimir Kuptsov, prodüserləri Rodion İsmailov, Svetlana Dalskaya, Elçin Musaoğlu və Xaqani Həşimovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar