“Nərimanfilm” kinoşirkəti “Asia Pacific Screen Awards” (APSA) və Beynəlxalq Kinoprodüserlər Assosiasiyaları Federasiyası (FIAPF) ilə birgə APSA-nın növbəti təqdimatı üçün baxılması məqsədilə Azərbaycan filmlərinin qəbulunu elan edib.
    “Nərimanfilm”dən verilən məlumata görə, FIAPF-nin dəstəyi ilə “Asia Pacific Screen Awards” dünyanın 70-dən çox ölkəsindən, o cümlədən dörd milyarddan artıq insanın yaşadığı Asiya-Sakit okean regionundan filmləri baxılmaq üçün qəbul edir. Filmlər dörd kateqoriyada - bədii, tammetrajlı animasiya, tammetrajlı sənədli, tammetrajlı uşaq filmləri nominasiyalarında qəbul olunacaq. Filmlərin sentyabrın 1-dək qəbul edilməsi nəzərdə tutulur.
    “Asia Pacific Screen Awards-2013” üçün nominantlar kino istehsalı ekspertləri, direktorlar və festival proqramlarının təşkilatçıları, Asiya-Sakit okean regionundan olan kino tənqidçiləri və akademiklərdən ibarət Müstəqil Nominasiyalar Şurası tərəfindən seçiləcək.
   Bütün kateqoriyalar üçün nominasiyalar mükafatlandırma mərasimindən bir ay əvvəl keçiriləcək nominasiyalar üzrə rəsmi konfransda elan olunacaq. Bu il mükafatlandırma “Ən yaxşı bədii film”, “Ən yaxşı nominasiya filmi”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı uşaq filmi”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı ssenari”, “Kinematoqrafiyada nailiyyətlər”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı kişi rolu” nominasiyaları üzrə keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar