Fransanın “LeTelegramme” portalında Bakıda uğurla keçirilmiş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına dair “Kelt lirası. “Ar Bard” qrupu ilk dəfə Azərbaycanda” adlı məqalə dərc olunub.

Məqalədə ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmiş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında məlumat verilib.

Minillik ənənələri əks etdirən Bakı şəhərində Jülyən Küvilyenin rəhbərliyi ilə “Ar Bard” qrupunun festival çərçivəsində “Elektra Hall”da möhtəşəm konsertinin olduğu bildirilir. Yazıda qrupun Nəsimi festivalının fəxri qonağı olduğu vurğulanır, festivalda Yaponiya, Hindistan, İraq, Finlandiya kimi ölkələrin poeziya və musiqisinin təqdim olunduğu diqqətə çatdırılır.