Oktyabrın 19-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım rooms” layihəsi çərçivəsində “Yeni hekayələr” adlı sərgisinin yekun tədbiri keçiriləcək.

İkinci sərgidə rəssamlar Füzuli Əliyevin “Əlvida” adlanan envayronmental kompozisiyası, Əhməd Nəbiyevin “Özünü qur/ əksolunma” avtobioqrafik kollajı, Vüsal Əhmədovun “Xırdası qalsın” instalyasiyası, Roman Qocayevin “Saçının ucuna zərər gəlməsini istəmərəm, həyatına gəlsə də olar” perfomansı, Mina Abbasovanın “Nəbz” videolayihəsi və başqa layihələr təqdim olunur. Hər bir layihə eksperiment kimi nümayiş etdirilir.