Avqustun 28-də İtaliyanın Venesiya şəhərində Avropanın ən nüfuzlu üç kino müsabiqəsindən biri olan beynəlxalq Venesiya festivalı işə başlayır. Sayca 70-ci olacaq yubiley kinofestivalında 12 film əsas mükafat - “Qızıl şir” uğrunda mübarizə aparacaq.
   Qalibləri nüfuzlu kinematoqrafçılardan ibarət olan beynəlxalq münsiflər heyəti müəyyən edəcək. Builki münsiflər heyətinin rəhbəri italyan kinosunun əfsanəvi siması kinorejissor Bernardo Bertoluççidir.
   Venesiya kinofestivalının qalibləri sentyabrın 7-də elan olunacaq. Festival çərçivəsində “İblisi qovanlar” filminin rejissoru Uilyam Fridkin kino nailiyyətlərinə görə, fəxri “Qızıl şir” mükafatı ilə təltif olunacaq. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar