Oktyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində “Etno hip-hop” adlı konsert proqramı təqdim olunacaq.

Musiqili gecədə xalq mahnıları, klassik, etno-caz, hip-hop janrlarının sintezindən ibarət kompozisiyalar səslənəcək. Gənc musiqiçi, bəstəkar İsmayıl Zülfüqarov özünün yazdığı, eləcə də məşhur klassik musiqiləri üç fərqli alətdə (tar, ud, gitara) ifa edəcək. Tədbirin iştirakçıları musiqi sahəsində göstərdiyi fəaliyyətlərə görə xüsusi adlara layiq görülən, prezident təqaüdçüləri və bir çox müsabiqələrin qalibləri olan gənclərdir.

Konsertdə iştirak sərbəstdir.