AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi Kamran Əliyevin 10 cildlik əsərlərinin II və III cildləri çapdan çıxıb.

“Romantizmin poetikası” adlı cildin elmi redaktoru və ön söz müəllifi akademik Teymur Kərimli, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovadır. Kitabda alimin “Azərbaycan romantizminin poetikası” monoqrafiyası yer alıb.

 “Hüseyn Cavid” adlanan III cildin elmi redaktoru və ön söz müəllifi filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovadır. Kitabda böyük şair və dramaturq Hüseyn Cavidin həyatı və şəxsiyyəti, poeziyası və dramaturgiyası, folklorla əlaqəsi və sənətkarlığı araşdırılıb.

S.QALİBOĞLU