ABŞ-ın Rod Aylend ştatında keçirilən beynəlxalq kinofestivalda (17 TH Rhode Island international film festival) iranlı kinematoqrafçı Məhəmməd Ehsaninin çəkdiyi “Urmiya gəlini” sənədli filmi mükafata layiq görülüb. Ekran əsəri Cənubi Azərbaycandakı Urmiya gölünün problemlərinə həsr olunub.
   Əslən Təbrizdən olan rejissor M.Ehsaninin 30 dəqiqəlik sənədli filmi qurumaqda olan Urmiya gölünün xəyali monoloqu üzərində qurulub. Monoloqda Urmiya gölü kömək istəyir, insanların, beynəlxalq ictimaiyyətin diqqətini problemə cəlb etmək istəyir. Festival rəhbərliyinin rejissora göndərdiyi məktubda filmin tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığı xüsusi qeyd edilir.
   Beynəlxalq müsabiqəyə 65 ölkədən və Amerikanın müxtəlif ştatlarından ümumilikdə 200-dək tammetrajlı, sənədli və qısametrajlı film təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar