Bakı Caz Festivalının oktyabrın 14-dən davam edən və caz musiqisi həvəskarlarına unudulmaz zövq bəxş edən konsert proqramları sona yaxınlaşır.
Oktyabrın 23-də “Rotunda Jazz Club”da Türkiyədən gəlmiş duet – Can Cankaya (piano) və Kağan Yıldız (kontrabas), habelə Macarıstanın “Kodaly Spicy Jazz” kvarteti çıxış edib.
Ertəsi gün eyni məkanda Belçikanın Martin Salemi triosunun konserti olub. Pianoçu M.Saleminin 2017-ci ildə yaratdığı trionun tərkibinə Fil Kaporali (kontrabas) və Toyne Snokart (zərb alətləri) daxildir.
Oktyabrın 25-də burada sənətsevərlər Norveçin “Helge Lien trio”sunun ifasını dinləyiblər.
Bakı Caz Festivalı oktyabrın 28-də başa çatacaq.