“Nəsimi” və “Babək” “Stoliçnoye” TV-də nümayiş olunacaq
   
   Azərbaycanın Belarusda layiqincə təbliğ olunması istiqamətində ölkəmizin bu dövlətdəki səfirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Səfir İsfəndiyar Vahabzadənin Minskdə STV (“Stoliçnoye” TV) kanalının rəhbərliyi ilə görüşü də bu məsələyə həsr olunub.
   Görüşdə səfirliklə televiziya arasında əməkdaşlıq imkanları müzakirə edilib. Əldə olunmuş ilkin razılaşmaya uyğun olaraq cari ilin sentyabr ayı ərzində Azərbaycan filmlərinin (“Nəsimi” və “Babək”) və ölkəmizin qədim tarixini, mədəniyyətini, füsunkar təbiətini, zəngin mətbəxini əks etdirən videoçarxın nümayiş etdirilməsi qərara alınıb.
   Görüşdə həmçinin artıq son iki ildə üçüncü dəfə təşkil olunan bu layihənin gələcəkdə də davam etdirilməsi üçün ümumi razılıq ifadə olunub, habelə aktual ictimai-siyasi, iqtisadi mövzulara dair verilişlərdə səfirin iştirakı məsələsi müzakirə edilib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar