Ekran əsəri “Faito Doc Festival” sənədli filmlər festivalının əsas mükafatını qazanıb  

    Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailovun “Köç” sənədli filmi İtaliyanın Neapol şəhərində keçirilən VI Beynəlxalq “Faito Doc Festival” sənədli filmlər festivalında əsas mükafata layiq görülüb.
   2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “DS film” studiyasında istehsal olunan ekran əsəri ölkəmizin qədim adət-ənənələrini özündə əks etdirir. Filmdə bütün ömrü boyu heyvandarlıqla məşğul olan, il ərzində yaylaqlardan qışlaqlara və geriyə köç edən insanların çətin və maraqlı taleyi işıqlandırılıb. Nəsildən-nəslə keçən bu peşəni çobanlar səbirlə davam etdirirlər.
   Əlli iki dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb. Qeyd edək ki, “Köç” filmi bundan əvvəl 30-dək beynəlxalq festivalda iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar