Azərbaycan
30 oktyabr 1880 – Tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (1880 - 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub.
30 oktyabr 1907 – Jurnalist, tərcüməçi və naşir Adil Ələddin oğlu Əfəndiyev (1907-1973) anadan olub.
30 oktyabr 1928 – Sənətşünas alim, akademik Rasim Əfəndiyev (1928 - 13.2.2010) Qazaxda doğulub. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub.
30 oktyabr 1930 – Azərbaycan Yazıçılar İttifaqının “Hücum” jurnalı nəşrə başlayıb.
30 oktyabr 1941 – Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Oqtay Ələkbər oğlu Babazadə anadan olub.
30 oktyabr 1943 – Xalq rəssamı, görkəmli qrafika ustası Arif Hüseynov Bakıda anadan olub. Azərbaycan nağıllarına, Sabirin “Hophopnamə”sinə, bir çox nəşrlərə illüstrasiyaların, Novruz mövzusunda əsərlərin müəllifidir.
30 oktyabr 1948 – Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Məmməd oğlu Əmirli Ağdam rayonunun Novruzlu kəndində doğulub. “Bala bəla sözündəndir”, “Köhnə ev”, “Mesenat”, “Varlı qadın”, “Şah Qacar” və s. pyeslərin müəllifidir.
31 oktyabr 1940 – Bəstəkar, musiqişünas Nərgiz Mahmud qızı Şəfiyeva Bakıda anadan olub.
31 oktyabr 1955 – Bəstəkar, Əməkdar incəsənət xadimi Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda doğulub.
31 oktyabr 1963 – Bəstəkar, dirijor, Əməkdar incəsənət xadimi Nadir Nəriman oğlu Əzimov anadan olub.
1 noyabr 1906 – Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi.
1 noyabr 1923 – Qəzəlxan şair Əliağa Bakir (Əliağa Hacağa oğlu Rzayev; 1923-1998) Bakıda anadan olub.
1 noyabr 1939 – Şair, publisist Məmməd İsmayıl (Məmməd Mürşüd oğlu İsmayılov) anadan olub.
1 noyabr 1940 – Xalq artisti Elmira Şabanova Bakıda anadan olub. “Səhər”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Təhminə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
1 noyabr 1944 – Əməkdar artist Səmayə Məmməd qızı Musayeva Qax rayonunda anadan olub.
1 noyabr 1949 – Əməkdar mədəniyyət işçisi, səs operatoru Tatyana Alekseyevna Kərimova anadan olub.
2 noyabr 1898 – Ədəbiyyatşünas alim, şair, publisist Əmin Abid (Əmin Mütəllib oğlu Əhmədov (Mütəllibzadə); 1898 – 21.10.1938) Bakıda doğulub. Repressiya qurbanı olub.
2 noyabr 1934 – Şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı) Salyan rayonunun Qalalı kəndində doğulub.
2 noyabr 1937 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 - 18.11.2000) anadan olub. «Hicran», «Bildirçinin bəyliyi», «Bankir adaxlı» və s. musiqili komediyaların, populyar mahnıların müəllifidir. Tamaşalara, filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi bəstələyib.
2 noyabr 1947 – Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (1947 – 4.7.2017) Şuşa şəhərində anadan olub. Gəncə, Milli Dram teatrlarında çalışıb.
Dünya
30 oktyabr 1751 – İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan, 1751-1816) anadan olub.
30 oktyabr 1871 – Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery - Ambroise Paul Toussaint Jules Valery, 1871-1945) anadan olub.
31 oktyabr 1922 – SSRİ-nin Xalq artisti Anatoli Papanov (1922 - 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” və s.
1 noyabr 1636 – Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux, 1636 - 13.3.1711) anadan olub.
1 noyabr 1781 – Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler; 1781-1854) anadan olub.
2 noyabr 1906 – İtalyan kino və teatr rejissoru Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 - 17.3.1976) anadan olub. Filmləri: “Ən gözəl”, “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti”, “Leopard” və s.
2 noyabr 1913 – Amerika kinoaktyoru, “Oskar” laureatı Bert Lankaster (Burton Stephen Lancaster, 1913-1994) anadan olub.
Hazırladı: Vüqar ORXAN