Oktyabrın 14-dən müxtəlif ölkələrdən tanınmış ifaçı və kollektivlərin iştirakı ilə davam edən Bakı Caz Festivalının son üç konsert proqramı “Rotunda Jazz Club”da gerçəkləşib.
Oktyabrın 26-da bu məkanda təşkil edilən caz gecəsində Braziliya təmsilçisi – 22 yaşlı bas gitaraçı Maykl Pipoquinhan konsert proqramı ilə çıxış edib. Onun ifası musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Ayın 27-də Niderlanddan gəlmiş Ruben Heynin triosu da caz həvəskarlarına zövqlü bir gecə bəxş edib.
Festivalın sonuncu günü – oktyabrın 28-də “Rotunda Jazz Club”da ABŞ-dan “Gregorie Maret Group” çıxış edib.
Qeyd edək ki, Bakı Caz Festivalı Mədəniyyət Nazirliyi, “Jazz dünyası” jurnalı, eləcə də “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı ilə gerçəkləşib.