Sentyabrın 26-da Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyənin birgə istehsalı olan “Mahmud və Məryəm\\\" filminin təqdimatı olacaq.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında çəkilmiş film iki gəncin nakam məhəbbətindən bəhs edir. Ekran əsərinin rejissoru Mehmet Ada Öztəkin, prodüseri Sevda Kayğısızdır.
Türkiyənin \\\"24 Kare\\\" şirkəti və Azərbaycanın \\\"Salnamə\\\" studiyası tərəfindən ekranlaşdırılan filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıblar.
Türkiyədən filmin yaradıcı heyətinin də iştirak edəcəyi təqdimatın ertəsi günündən başlayaraq film Nizami Kino Mərkəzində nümayiş olunacaq.