Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sənət komissiyası rejissor Yılmaz Ərdoğanın “Kəpənəyin röyası” («Kelebeğin rüyası») filmini «Oskar» mükafatına namizəd göstərəcək. Mədəniyyət və turizm naziri Ömər Çelik də ekran əsərinin nüfuzlu komissiya üzvləri tərəfindən 86-cı «Oskar» mükafatına namizəd seçildiyini bildirib.
   Ssenari müəllifi Yılmaz Ərdoğan olan film bu ilin fevral ayından həm Türkiyədə, həm də Avropa və Orta Şərq ölkələrində göstərilməyə başlayıb.
   “Kəpənəyin röyası”nda hadisələr 1940-cı illər Türkiyəsində baş verir. İki gənc şairin həyat və sevgi mücadiləsindən bəhs edən filmdə Kıvanç Tatlıtuğ, Belçim Bilgin, Mert Fırat, Zeynəb Farah Abdullah kimi tanınmış aktyorlar çəkilib. Yılmaz Ərdoğan özü də filmdə baş rollardan birini oynayır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar