Berdax adına Qarakalpak Dövlət Akademik Musiqili Dram Teatrında (Özbəkistan) dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” və “Dəniz kənarı ilə qaçan alabaş” povesti əsasında “Luvr ördəyi” tamaşalarının premyerası olub.

Ötən əsrin 50-ci illərindən əsərləri qarakalpak dilinə çevrilmiş Çingiz Aytmatovun yaradıcılığı bu xalqın ədəbiyyatına da müsbət təsir göstərib.

Ədibin 90 illik yubileyi münasibətilə hazırlanmış tamaşalar kollektivin gənc üzvlərinin qüvvəsi ilə ərsəyə gəlib. “Cəmilə” tamaşasına Marxabay Usenov quruluş verib. “Luvr ördəyi”nin səhnələşdirmə və səhnə quruluşunun müəllifi Muxtar Reymovdur.

GÜLCAHAN