“Bir Duyno – Kırğızıstan” XII Beynəlxalq sənədli film festivalı bu il noyabrın 12-dən 16-dək Bişkekdə keçiriləcək. Builki festivalı BMT-nin İnsan hüquqlarına dair bəyannaməsinin 70 illiyinə həsr olunub. Münsiflər heyəti 18 ölkədən təqdim edilən 55 filmdən 24-nü seçərək müsabiqə proqramına daxil edib.

Builki seçim zamanı sənədli filmlərin ssenarilərində uşaq və qadınların, daha çox əziyyətə məruz qalan insan qruplarının, ədalət məhkəməsinə çıxa bilməyən insanların problemlərindən, qapalı müəssisələrdəki işgəncələrdən söz açılmasına diqqət yetirilib. Kinolentlərdə həmçinin ekoloji cəhətdən təhlükəli regionlarda yaşayan insanların taleyi də işıqlandırılır. Mövzular geniş olsa da, onları hər bir insanın ləyaqətli ömür yaşamasına qayğı hissi birləşdirir.  

G.MİRMƏMMƏD