Sentyabrın 26-da Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyə kinematoqrafçılarının Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında lentə aldıqları eyniadlı bədii filmin təqdimatı keçiriləcək. Sentyabrın 27-dən etibarən isə kino həvəskarları ekran əsərinə tamaşa etmək imkanı qazanacaqlar. Azərbaycanın “Salnamə” studiyası və Türkiyənin “24 Kare Film” şirkəti tərəfindən ekranlaşdırılan tammetrajlı film ayrı-ayrı dünyalara aid iki gəncin sevgi hekayəsindən bəhs edir. Mahmud Gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşişin qızıdır. Hadisələrin mərkəzində Mahmud ilə Məryəmin məhəbbəti dayanır. Nağıl və fantastik elementlərin vəhdət təşkil etdiyi filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını Eva Dedova canlandırır. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar