Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Üçrəngli bayrağımız qürurumuzdur” adlı tədbir keçirilib.

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə mövzu ilə bağlı nəzəriyyə müəllimi Nərgiz Kərimova video-kadrlarla müşayiət edilən məruzəsi dinlənilib. Şagirdlərin maraqlı solo ifaları, xor, “Alov” rəqs kollektivinin vətənpərvər ruhda çıxışları məktəbin kollektivi, eləcə də tədbirə qatılan valideynlər tərəfindən alqışlarla qarşılanıb.