Sentyabrın 13-dən 21-dək Vyanada “LET"S CEE” beynəlxalq film festivalı keçirilib. Festivalda 30 ölkədən 60-dan artıq aktual mövzulu bədii və sənədli filmlər, eləcə də qısametrajlı ekran əsərləri nümayiş olunub.
Azərbaycanlı rejissor Rodion İsmayılovun “Doğma ocaq” filmi festivalın münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Azərbaycanın “Sinema evi” və Rusiyanın “DS film” studiyalarının müştərək istehsalı olan film iki ölkənin nazirliklərinin dəstəyi ilə Tovuz rayonun Köhnəqala kəndində çəkilib. Filmin operatoru Mixail Qorobçuk, bəstəkarı Vladimir Kuptsov, montaj edəni Svetlana Lyadvina, prodüserləri Rodion İsmayılov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur.
Ekran əsəri indiyədək bir sıra beynəlxalq festival və müsabiqələrdə mükafatlara layiq görülüb.