Noyabrın 13-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Şəki,  Gəncə şəhər, Qax, Ağcabədi, Göyçay, Zərdab, Quba, Ucar, Astara, Ağdaş, Qusar, eləcə də paytaxtın Səbail, Binəqədi, Nəsimi, Nərimanov, Yasamal, Xətai rayon MKS-lərinin əməkdaşları üçün treninq başlanıb.

Treninq ölkə başçının 2007-ci il 20 aprel tarixli sərəncamı ilə yaradılmış  “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”, habelə Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Facebook” və “Youtube”da fəaliyyət göstərən “Kitabsevər uşaqlar” layihəsi üzrə keçirilir.

Beş gün davam edəcək treninqdə “Corel Draw” proqramında iş, “Kitabxanalarda tətbiq olunan müasir innovativ layihələr”, “AZLİBNET-ə düzgün ədəbiyyatın seçilməsi, təhlükəsizlik məsələləri, müəllif hüquqları”, “ALİSA proqramı, kitab və dövri mətbuatın proqrama daxil edilməsi, oxucuların qeydiyyatı”, “Türkdilli dövlətlərdə müasir kitabxana xidməti”, “Elektron kitablar, audio kitablar, onların seçilməsi, onlar üzərində əməliyyatların aparılması” mövzularında məruzələr  olacaq.

Treninqin sonunda iştirakçılara sertifikatlar veriləcək.