Noyabrın 16-da “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin birgə təşkilatçılığı ilə Kamera və orqan musiqisi zalında “Şanlı tarix” adlı konsert proqramı təqdim olunub.
Milli Dirçəliş Gününə həsr olunmuş konsertdən öncə ictimai birliyin sədri İlahə Qismət və “Gənclərə dəstək” layihəsinin koordinatoru Ayla Zəkəriyyə çıxış ediblər.
Konsertdə gənc bəstəkarlar İlahə Qismət, Aysel Hacıyeva, Röya Hüseynova, Vəfa Bağırzadə, Sevinc Əliyeva, Nicat Əhmədzadə, Sevinc Balabəyova, Tofiq Rzayev, Üzeyir Məmmədovun əsərləri səslənib. Mətanət Nurullayeva (piano), Kamilla İmanova (vokal), Nərgiz Kəngərli (piano), Natəvan Həsənova (qanun), Günay Məmmədova (vokal) və İsmət Sabirli (vokal) ifa etdiyi əsərlər maraqla qarşılanıb.
Konsertin sonunda iştirakçılar hər iki qurum tərəfindən diplomlarla mükafatlandırılıblar.